Azərbaycan iqtisadiyyatının artım tempi zəiflədyib

09.09.2026

Marja.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycanın ümumi daxili məhsulu (ÜDM)  2026-cı ilin yanvar-avqust aylarında 87 milyard 709,5 milyon manat təşkil edib.

Marja.az xəbər verir ki, rəsmi makroiqtisadi göstəricilərin icmalına əsasən, ölkə iqtisadiyyatı ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 1,2% böyüyüb.

VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Yanvar-iyul aylarının yekununda illik iqtisadi artım 1,4% təşkil etmişdi. Beləliklə, avqustun nəticələri nəzərə alındıqdan sonra ÜDM-in artım tempi 0,2 faiz bəndi zəifləyib.  

İş elanları AzVak.az-da

2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanın neft-qaz sektorunda yaradılmış ÜDM 26 milyard 181,9 milyon manat təşkil edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə neft-qaz ÜDM-i real ifadədə 0,8% azalıb.

Yanvar-iyul aylarında azalma 0,6% idi. Bununla da neft-qaz sektorunda geriləmə daha 0,2 faiz bəndi dərinləşib.

Azərbaycanda qeyri-neft-qaz sektorunda yaradılmış ümumi daxili məhsul 2026-cı ilin ilk 8 ayında 61 milyard 527,6 milyon manat olub. Ötən ilin eyni döv ilə müqayisədə qeyri-neft-qaz ÜDM-i real ifadədə 2,1% artıb.

Yanvar-iyul aylarında artım 2,2% təşkil etdiyindən, avqustun nəticələri ilə artım tempi 0,1 faiz bəndi zəifləyib.

Azərbaycanda 2026-cı ilin yanvar-avqust aylarında 44 milyard 620,3 milyon manatlıq sənaye məhsulu istehsal edilib. Sənaye istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 0,4% azalıb.

Diqqətçəkən məqam odur ki, yanvar-iyul aylarının yekununda sənayedə 0,3% artım qeydə alınmışdı. Beləliklə, 8 ayın nəticəsində sənaye istehsalının dinamikası müsbətdən mənfiyə keçib.

2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanın qeyri-neft-qaz sənayesində 14 milyard 605,9 milyon manatlıq məhsul istehsal edilib.

Sahədə istehsal ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 5,4% artıb.

Yanvar-iyul aylarında qeyri-neft-qaz sənayesində artım 4,4% idi. Beləliklə, artım tempi 1 faiz bəndi sürətlənib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью