Icma.az, Bizimyol saytına istinadən bildirir. “İran prezidenti Məsud Pezeşkianın Şimali Azərbaycana səfəri əsas iqtisadi məqsəd daşıyır.
Məsud Pezeşkian çalışıb ki, Azərbaycanla iqtisadi razılaşmalar əldə edilsin və İranla Azərbaycan iqtisadi münasibətləri bir az inkişaf etmiş olsun.
İranın beynəlxalq iqtisadiyyat yolu demək olar ki, bağlanıb.
İranın təkcə yolu qonşu ölkələrlə kiçik layihələrdə iştirak edib, iqtisadiyyatını qoruya bilsin.
Çünki bu gün İran böyük layihələrdə yoxdur”. Bu barədə Bizimyol.info xəbər portalına güneyli siyasi şərhçi Maşallah Rəzmi danışıb.
Siyasi şərhçi hesab edir ki, İran prezidenti Məsut Pezeşkianın Şimali Azərbaycana səfəri əsas iqtisadi məqsəd daşıyırdı və İran höküməti hazırda qonşu ölkələrlə iqtisadi münasibətləri yaxşılaşdırmaq niyyətindədir.
Maşallah Rəzmi “İranda qüvvələr var ki, onlar Azərbaycan və Türk ölkələri ilə münasibətlərin inkişaf etməsindən narazıdırlar.
Birinci qrupa paniranistlər deyirik. Onlar heç bir zaman Azərbaycanın müstəqilliyini qəbul etməyiblər.