Azərbaycan İran sərhədinin açılması ilə bağlı xoş xəbər: Əraqçı açıqladı

30.10.2025

Icma.az bildirir, GlobalInfo portalına istinadən.

İranın xarici işlər naziri Abbas Əraqçı Azərbaycanla sərhədin açılması məsələsini iki ölkə münasibətlərində ən vacib istiqamətlərdən biri adlandırıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Araz News” məlumat yayıb.

Əraqçı bildirib ki, bu mövzu son bir ildə həm Prezidentlər, həm də xarici işlər nazirləri səviyyəsində keçirilən görüşlərdə mütəmadi şəkildə müzakirə olunub.

Əraqçının sözlərinə görə, Azərbaycan tərəfi sərhədlərin yalnız İranla deyil, ümumilikdə bağlı olduğunu, lakin bu məsələyə yenidən baxmağa hazır olduğunu bəyan edib.

XİN rəsmisi əlavə edib ki, Tehran konkret addımların atılmasını gözləyirvə ümid edirik ki, yaxın zamanda rəsmi Bakı bununla bağlı lazımi tədbirlər atacaq.

Tahir Turan
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью