Azərbaycan, İran və Rusiya komandanları görüşdü

08.10.2025

Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.

Rusiyada keçirilən Xəzəryanı ölkələrin Hərbi Dəniz Qüvvələri komandanlarının iclası çərçivəsində Azərbaycan HDQ-nin komandanı, Birinci dərəcəli kapitan Şahin Məmmədov ilə İran Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı admiral Şəhram İrani arasında ikitərəfli görüş olub.

Axar.az xəbər verir ki, bu barədə "Azad İran" Teleqram kanalı məlumat yayıb.

Kapitan Şahin Məmmədov görüşdən sonra çıxışında Azərbaycanı və İranı iki dost, qardaş və qonşu ölkə adlandıraraq deyib:

"İki ölkə bütün sahələrdə əməkdaşlıq edir və Xəzər dənizi ilə bağlı məsələlərdə də çox uğurlu koordinasiya mövcuddur".

Şəhram İrani isə bildirib ki, onlar kənardan heç bir ölkənin Xəzər dənizi ilə bağlı qərar qəbul etməsinə icazə verməyəcək.

Toplantıda çıxış edən Rusiya HDQ-nin komandanı admiral Aleksandr Moiseyev isə qeyd edib ki, yalnız 5 sahilyanı dövlət Xəzər dənizi ilə bağlı qərar vermək hüququna malikdir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью