Azərbaycan İran xalqının yardımçısıdır

10.03.2026

Xalqcebhesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Prezidentin tapşırığı ilə Azərbaycan İrana humanitar yardım - 10 ton un, 6 ton düyü, 2,4 ton şəkər, 4 tondan artıq su, 600 kq-a yaxın çay, 2 tona yaxın dərman və tibbi ləvazimat göndərib. Yardım Əliyevlə Pezeşkianın telefon danışığından sonra göndərilsə də, Azərbaycan daha öncədən bunu nəzərdə tutmuşdu, İranın Naxçıvana hücumuna görə saxlanılmışdı. Naxçıvan hücumu ilə bağlı Bakının Tehran qarşısında qaldırdığı tələblərin – hadisənin araşdırılması, günahkarların cəzalandırılması – hələ yerinə yetirilmədiyinə baxmayaraq, Azərbaycanın humanitar yardım göndərməsi iki kontekstdə xüsusilə əhəmyyətlidir.

Xalqcebhesi.az xəbər verir ki, bunu siyasi şərhçi Asif Nərimanlı deyib.

"Birincisi, Bakı Tehrana qarşı müharibənin iştirakçısı yox, İran xalqının yardımçısıdır.

İrana qarşı heç vaxt platforma olmayan Azərbaycan SEPAH-dan qaynaqlanan iddialara rəğmən, bu müharibədə də qonşuluq prinsiplərindən çıxış edir. Humanitar yardımın göndərilməsi ilə bu, praktiki müstəvidə bir daha nümayiş etdirildi.

İkincisi, bu yardım rejimin cənubdakı soydaşlarımız arasında apardığı “Azərbaycan İrana qarşı cəbhədə yer alır” təbliğatına qarşı “qalxan effekti” yaradır və təkcə müharibənin gedişində yox, post-müharibə dövründə də, nəticənin necə olmasından asılı olmayaraq, ciddi istinad nöqtəsi olacaq" - politoloq vurğulayıb.

Cavid

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью