Azərbaycan İrandakı soydaşlarımızı qəbul edəcəkmi? | Icma.az
Konkret.az saytına istinadən Icma.az xəbər verir. “İranda mümkün hərbi qarşıdurma ssenarisi müzakirə edilərkən bu məsələyə emosional deyil,
Azərbaycan dövləti indiyədək bütün beynəlxalq proseslərdə olduğu kimi, bu halda da balanslı, ölçülüb-biçilmiş və beynəlxalq hüquqa söykənən
Bu fikirləri KONKRET.az-a açıqlamasında politoloq Zeynal Əmrəliyev səsləndirib.
“Rəsmi Bakının mövqeyi ilk növbədə İranın ərazi bütövlüyünə hörmət prinsipinə əsaslanacaq.
Azərbaycan regionda yeni gərginlik ocaqlarının yaranmasında maraqlı deyil və heç bir halda başqa dövlətin daxili proseslərinə müdaxilə edən tərəf kimi çıxış etməz.
Bununla yanaşı, müharibənin mülki əhali üçün yaratdığı humanitar risklər diqqət mərkəzində saxlanılacaq və bu məsələ beynəlxalq platformalarda qaldırılacaq Əgər təhlükəsizlik baxımından real təhdid yaranarsa və İranda yaşayan azərbaycanlı əhalinin bir qismi müvəqqəti olaraq ölkəni tərk etmək məcburiyyətində qalarsa, Azərbaycan dövləti humanitar məsuliyyətdən kənarda olmayacaq.
Burada söhbət kütləvi miqrasiyadan yox, məhdud və nəzarətli humanitar mexanizmlərin işə salınmasından gedə bilər.
Qadınlar, uşaqlar və yaşlı şəxslər kimi həssas qruplara prioritet verilməsi tamamilə məntiqli və beynəlxalq təcrübəyə uyğun addım olar bilər”.
Tam oxu
Xəbəri oxu