Icma.az, Newscenter.az portalına istinadən məlumat yayır.
Milli Məclisin deputatı İlham Məmmədov 14 noyabr 2025-ci ildə
Azərbaycan-İsrail Ticarət Evində Milli Məclisin deputatlarının iştirakı ilə dostluq və əməkdaşlıq naminə görüş keçirilib.
Newscenter.az-ın xəbərinə görə, görüşdə qeyd olunub ki, Azərbaycan və İsrail arasında olan münasibətlər sıx əməkdaşlıq və dostluq prinsiplərinə əsaslanır. Ümumi fikir mübadiləsi və müzakirələrdə bildirilib ki, Bakıda Azərbaycan-İsrail Ticarət Evinin fəaliyyətə başlaması Azərbaycanla İsrail arasında münasibətlərin daha da inkişaf etməsi, xüsusilə iqtisadi-ticari sahədə əlaqələrin inkişafına öz müsbət təsirini gösrtərəcək.
Milli Məclisin deputatı İlham Məmmədov isə bildirib ki, bu tipli görüşlər, mühüm tədbirlər, dövlət səviyyəsində qarşılıqlı səmimi əlaqələr ölkələrimizin gələcək uğurları üçün yeni üfüqlər açır.
Süleyman