Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb

27.11.2024

Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayır və bu razılaşmanın hərbi əməliyyatlara son qoyacağını gözləyir".

Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabındakı paylaşımında deyilir.

"Biz münaqişələrin sülh yolu ilə həllini dəstəkləyirik. Azərbaycan 132 ölkə tərəfindən dəstəklənən "COP29 naminə Birgə Atəşkəs Çağırışı"nın təşəbbüskarı kimi, bütün tərəfləri atəşkəs rejiminə riayət etməyə və problemləri aradan qaldırmağa çağırır", - paylaşımda qeyd olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью