Azərbaycan İsraildən 43, Türkiyədən isə 8 manata arı alıb

23.01.2026

Yeniavaz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


Ötən ilin ilk 11 ayı ərzində Azərbaycana xarici ölkələrdən 70 min 190 ədəd arı idxal olunub.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, idxal olunan arıların 1 ədədinin orta gömrük dəyəri 4,9 dollar (8,3 manat) olub.
Müqayisə üçün qeyd edək ki, əvvəlki ilin eyni dövründə xaricdən 1 ədədi 4,4 dollardan (7,5 manat) 69 min 290 ədəd arı idxal edilib.
Məlumat üçün bildirək ki, arılar Azərbaycana 2 ölkədən – İsrail və Türkiyədən gətirilib. İsraildən 312 ədəd, Türkiyədən isə 69 min 878 ədəd arı alınıb. İsraildən idxal edilən 1 ədəd arının orta gömrük dəyəri 25,2 dollar (42,9 manat), Türkiyədən idxal olunan 1 ədəd arının orta gömrük dəyəri isə 4,8 dollar (8,2 manat) olub.
Elnur Əli
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью