Azərbaycan İsrailə uçuşları bərpa edir

29.11.2024

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

Azərbaycanın milli aviadaşıyıcısı AZAL 30 noyabr tarixindən etibarən Bakıdan İsrailin Tel-Əviv şəhərinə və əks istiqamətdə olan uçuşları bərpa edir.

AZAL-dan Modern.az-a verilən məlumata görə, aviaşirkət uçuşları həftənin hər günü yerinə yetirəcək.

Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin mobil tətbiqindən, eləcə də AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür. Mobil tətbiqi yükləmək üçün linkə keçid edə bilərsiniz: //bit.ly/azal-app.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью