Azərbaycan İsveç matçının hakimləri açıqlandı

30.11.2024

sport24.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Futzal üzrə Azərbaycan millisinin AVRO-2026-nın əsas mərhələsi çərçivəsində dekabrın 17-də İsveç yığması ilə keçirəcəyi oyuna təyinat açıqlanıb. Sport24.az xəbər verir ki, Bakı İdman Sarayında saat 20:00-da baş tutacaq matçda ədaləti Qazaxıstandan olan hakimlər briqadası idarə edəcək.

Görüşün birinci hakimi Aslan Qalayev, ikinci hakimi Turekhan Tursumbayev, üçüncü hakimi isə Nurlybek Kalimaganbetov olacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью