Azərbaycan İsveç matçının təyinatları açıqlandı

30.11.2024

Icma.az, Manset portalına istinadən məlumat verir.

Futzal üzrə Avropa çempionatının əsas mərhələsində Bakıda baş tutacaq Azərbaycan - İsveç matçının təyinatları açıqlanıb.

Manset.az Futzal Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, görüşdə ədaləti Qazaxıstandan olan hakimlər briqadası qoruyacaq.

Oyunu Aslan Qalayev, Turexan Tursumbayev və Nurlybek Kalimaqanbetov idarə edəcək.

Qeyd edək ki, dekabrın 17-də Bakı İdman Sarayında keçiriləcək Azərbaycan - İsveç matçı saat 20:00-da başlayacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью