Azərbaycan İtaliya ilə qarşılıqlı investisiyaların təşviqi üzrə perspektivləri müzakirə edib

08.09.2025

Xalqcebhesi saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan və İtaliya iqtisadi əlaqələrin daha da gücləndirilməsi məqsədilə qarşılıqlı investisiyaların təşviqi və birgə layihələrin reallaşdırılması üzrə perspektivləri müzakirə ediblər.

Xalqcebhesi.az xəbər verir ki, bununla bağlı müzakirələr Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovun İtaliyanın şirkətlər və "Made in Italy" naziri Adolfo Urso ilə videokonfrans formatında keçirilən görüşdə aparılıb.

Görüşdə enerji, sənaye, innovasiya, ticarət və digər prioritet sahələrdə əməkdaşlığın genişləndirilməsi və yeni işbirliyi imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə həmçinin Azərbaycan və İtaliya arasında dostluq və strateji tərəfdaşlıq çərçivəsində iqtisadi əlaqələrin davamlı şəkildə inkişaf etdiyi vurğulanıb. İtaliyanın Azərbaycanın əsas ticarət tərəfdaşı olduğu qeyd olunub, enerji sahəsindəki əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə edilib. Ölkədə formalaşan cəlbedici investisiya mühitinin tərəfdaşlığın genişlənməsinə stimul verdiyi diqqətə çatdırılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью