futbolpress-az saytına istinadən Icma.az xəbər verir.
Gürcüstanda təşkil olunan kayak və kanoe üzrə beynəlxalq reqatada Azərbaycan idmançıları 4 medal qazanıblar.
Futbolpress.az xəbər verir ki, Mtsxeta şəhərində keçirilən yarışda kanoeçilər Rüstəm Əsgərov və Fəxri Sadıqlı ikinəfərlik qayıqda 200 metr məsafədə bürünc medala sahib olublar.
Kayak növündə Yunus Əhmədov təknəfərlik qayıqda, eləcə də gürcüstanlı idmançı ilə birgə ikinəfərlik qayıqda 200 metr məsafədə gümüş medala yiyələnib.
Eyni kateqoriyada, müxtəlif yaş qrupları üzrə Sənan Cəfərzadə – Tahir Mövsümov cütlüyü də ikinci pilləni tutub.