Azərbaycan kanoeçisi Portuqaliyada “qızıl” qazandı

12.06.2026

futbolpress-az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan kanoeçisi Boqdan Kurudz Portuqaliyanın Montemor-u-Velyu şəhərində keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

Futbolpress.az xəbər verir ki, o, Masters kateqoriyasında (35–39 yaş) birinci yeri tutub.

500 metr məsafəyə birnəfərlik kanoe qayığında mübarizə aparan Kurudz bütün rəqiblərini geridə qoyaraq Avropa çempionu olub.

Kurudz iyunun 13-də birnəfərlik kanoe qayığında 200 metr məsafəyə yarışacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью