Azərbaycan karateçiləri Bakıdakı beynəlxalq turnirdə 177 medal qazanıblar

07.04.2025

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 7 aprel, AZƏRTAC

Bakıda keçirilən karate üzrə Qran-Pri turnirinə yekun vurulub.

AZƏRTAC xəbər verir ki, iki gün davam edən turnirdə 14 ölkəni təmsil edən 1200-ə yaxın karateçi medallar uğrunda mübarizə aparıb.

Yarışlar həm kata, həm də kumite üzrə müxtəlif yaş və çəki kateqoriyalarında təşkil olunub. Turnirin sonunda ümumi nəticələrə əsasən, Azərbaycan komandası 177 medalla (42 qızıl, 49 gümüş, 86 bürünc) ümumi sıralamada birinci yeri tutub.

Qazaxıstan ikinci (23), Türkiyə (23) isə üçüncü yerə layiq görülüb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью