Azərbaycan karateçiləri İtaliyada iki medal qazanıblar

09.12.2024

Report.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan təmsilçiləri İtaliyanın Venesiya şəhərində Dünya Karate Federasiyasının (WKF) yeniyetmə və gənclər arasında keçirilən "2024 / Karate - 1 Liqa"sında iki medal qazanıblar.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Karate Federasiyası məlumat yayıb.

45 kq çəki dərəcəsində Elməddin Səlimli (12-13 yaş) gümüş, 52 kq-da isə Vüsal Qənbərov (14-15 yaş) bürünc medala sahib çıxıb.

Bizim WhatsApp kanalımıza abunə olun

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью