Azərbaycan karateçiləri İtaliyada iki medal qazanıblar

09.12.2024

Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.

Azərbaycan təmsilçiləri İtaliyanın Venesiya şəhərində Dünya Karate Federasiyasının (WKF) yeniyetmə və gənclər arasında keçirilən "2024 / Karate - 1 Liqası"nda iki medal qazanıblar.

Moderator.az xəbər verir ki, bu barədə Azərbaycan Karate Federasiyası məlumat yayıb.

45 kq çəki dərəcəsində Elməddin Səlimli (12-13 yaş) gümüş, 52 kq-da isə Vüsal Qənbərov (14-15 yaş) bürünc medala sahib çıxıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью