Azərbaycan karateçiləri İtaliyada medal qazanıblar

09.12.2024

Icma.az, Yeniazerbaycan portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan karateçiləri İtaliyanın Venesiya şəhərində Dünya Karate Federasiyasının (WKF) təşkil etdiyi yeniyetmə və gənclər arasında "2024 / Karate - 1 Liqa"sında uğurla çıxış ediblər.

Azərbaycan Karate Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, yarışda ölkəmizi 12-13 yaş kateqoriyasında Elməddin Səlimli (-45 kiloqram) və 14-15 yaşlılarda isə Vüsal Qənbərov (-52 kiloqram) təmsil ediblər.

E. Səlimli gümüş, V. Qənbərov isə bürünc medala sahib çıxıblar.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью