Azərbaycan karateçiləri İtaliyada medal qazanıblar AZƏRTAC

09.12.2024

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 9 dekabr, AZƏRTAC

Azərbaycan karateçiləri İtaliyanın Venesiya şəhərində Dünya Karate Federasiyasının (WKF) təşkil etdiyi yeniyetmə və gənclər arasında "2024 / Karate - 1 Liqa"sında uğurla çıxış ediblər.

Azərbaycan Karate Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, yarışda ölkəmizi 12-13 yaş kateqoriyasında Elməddin Səlimli (-45 kiloqram) və 14-15 yaşlılarda isə Vüsal Qənbərov (-52 kiloqram) təmsil ediblər.

E. Səlimli gümüş, V. Qənbərov isə bürünc medala sahib çıxıblar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью