Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycan karateçiləri Gürcüstanda keçirilmiş WKF üzrə “Tbilisi Open-2026” beynəlxalq turnirində 23 medal qazanıblar.
Futbolpress.az xəbər verir ki, bu barədə Azərbaycan Karate Federasiyası məlumat yayıb.
Ölkə təmsilçiləri yarışda 9 qızıl, 2 gümüş və 12 bürünc mükafata sahib çıxıblar.
Turnirdə yeddi ölkədən yeniyetmə, gənc və böyüklər arasında 600 idmançı iştirak edib. Azərbaycanı hakim qismində Mehman Əlirzayev və Murad Hacızadə təmsil ediblər.