Azərbaycan karateçisi Madina Sadiqova finala yüksələ bilmədi

11.11.2025

Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında karate yarışları davam edir.

İdman.Biz xəbər verir ki, qadınların mübarizəsində 55 kq çəki dərəcəsində çıxış edən Azərbaycan təmsilçisi Madina Sadiqova yarımfinal mərhələsində Özbəkistan təmsilçisi Sevinç Rəhimova ilə qarşılaşıb.

O, gərgin keçən görüşdə 3:7 hesabı ilə məğlub olub.

Beləliklə, Madina Sadiqova finala yüksələ bilməsə də, bürünc medal uğrunda mübarizə aparmaq hüququ qazanıb.

Qeyd edək ki, VI İslam Həmrəyliyi Oyunlarında karate yarışları noyabrın 18-dək davam edəcək.

Vüqar Vüqarlı

İdman.Biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью