Azərbaycan Karyera İnkişaf Forumu keçirilir AZƏRTAC

19.12.2024

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 19 dekabr, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə ölkəmizdə dördüncü dəfə Azərbaycan Karyera İnkişaf Forumu keçirilir.

AZƏRTAC xəbər verir ki, Bakıda keçirilən forum “Bu günün təcrübəsindən sabahın çağırışlarına!” devizi ilə təşkil olunub.

Tədbirdə karyera inkişafı üzrə ölkədə və dünyada olan uğurlu nəticələr, qlobal trendlər və müasir yanaşmalar, təhsildə effektiv öyrənmə və öyrətmə mexanizmlərinin qurulması üçün əsas meyarlar, əmək bazarında tələb olunan və önəmli hesab edilən bacarıqların əhəmiyyəti və inkişafı yolları müzakirə olunacaq.

“Təhsildən karyeraya: Gələcəyin innovativ həlləri”, “İnnovasiya, əməkdaşlıq və qlobal mobillik” və “İnsan kapitalının inkişafı və təşkilati mədəniyyət” kimi panellərdə yerli ekspertlərlə yanaşı, karyera inkişafı üzrə tanınmış beynəlxalq mütəxəssislər iştirak edirlər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью