Azərbaycan kəsişmədə yerləşir Alen Berse

03.09.2026

Icma.az, Axar.az portalına istinadən məlumat yayır.

Avropanın geosiyasi ağırlıq mərkəzi şərqə doğru dəyişir və Azərbaycan, Ermənistan, Gürcüstan və Türkiyə Avropanın təhlükəsizliyi baxımından getdikcə daha böyük əhəmiyyət qazanır.

Axar.az xəbər verir ki, bunu Avropa Şurasının Baş katibi Alen Berse təşkilatın Nazirlər Komitəsinin Monakoda keçirilən iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Avropanın geosiyasi ağırlıq mərkəzi 39-cu şimal enliyi boyunca şərqə doğru dəyişir:

“Bu ox Avropa Şurasının dörd üzv dövlətindən keçir. Azərbaycan, Ermənistan, Gürcüstan və Türkiyə Ukraynadakı müharibə, Yaxın Şərqdəki münaqişələr, eləcə də Mərkəzi Asiyada baş verən siyasi və iqtisadi dəyişikliklər kimi bir sıra böyük geosiyasi proseslərin kəsişməsində yerləşir. Vaşinqton Bəyannaməsindən bir il sonra Bakı və İrəvan əldə olunan irəliləyişi davamlı sülhə çevirmək üçün real imkan əldə edib. Eyni zamanda, Ermənistan və Türkiyə münasibətlərin normallaşdırılması istiqamətində addımlar atıb. Avropanın təhlükəsizliyi məsələləri ilə bağlı Türkiyənin iştirakı olmadan ciddi müzakirə aparmaq mümkün deyil.

Davamlı sülh üçün yalnız hökumətlər arasında razılaşma kifayət etmir. Bunun üçün cəmiyyətlər arasında etimad, hüquqlara hörmət və barışıq prosesini dəstəkləyən institutlar da lazımdır”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью