Icma.az, Apasport portalına istinadən məlumat verir.
Azərbaycan kikboksçusu Baba Abbaszadə antidopinq qaydalarını pozduğu üçün 2 il müddətinə diskvalifikasiya olunub.
Apasport.az xəbər verir ki, idmançının analiz nümunəsində qadağan olunmuş maddə tapılıb.
Ondan götürülmüş sınaq nüsxəsində "S5 Diuretiklər və ya Gizlədici Agentlər" sinfinə aid olan furosemid maddəsi və ya onun metabolitləri aşkarlanıb. Bununla da idmançının qadağan edilmiş maddə və ya üsuldan istifadə etdiyi müəyyən olunub.
Qeyd edək ki, sanksiyanın qüvvədə olma müddəti 2026-cı il iyulun 6-dan 2028-ci il iyulun 6-dək nəzərdə tutulub.
Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb Formula 1-lə bağlı viza proseduru sadələşdirilir - SƏRƏNCAM Paraüzgüçülərimiz Gəncədə təlim-məşq toplanışında Avropa çempionatında medal qazanan paracüdoçularla görüş keçirilib Bakıda “SUP turniri” keçiriləcək