Azərbaycan kikboksçusu Dünya Kubokunda qızıl medal qazanıb

03.09.2026

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 3 sentyabr, AZƏRTAC

Azərbaycan kikboksçusu Həsən Allahyarov Macarıstanın paytaxtı Budapeştdə keçirilən WAKO Dünya Kubokunda uğurlu nəticə göstərib.

AZƏRTAC xəbər verir ki, yeniyetmələr arasında LK (Low Kick) üzrə 71 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb.

Qeyd edək ki, yarış 27-31 avqust tarixlərində təşkil edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью