“Azərbaycan kikboksinqi yenə dünyada zirvədədir”

01.12.2025

Xalqcebhesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Abu-Dabidə keçirilən və 85 ölkədən 1637 idmançının iştirak etdiyi WAKO Dünya Çempionatında komandamızın qazandığı möhtəşəm nəticə bütün Azərbaycan idmanı üçün böyük qürur mənbəyidir”.

Bu sözləri xalqcebhesi.az-a Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti Azər Aslanov bildirib.

A.Aslanov bildirib ki, idmançılarımız yarışa 6 qızıl, 1 gümüş və 5 bürünc medal qazanaraq yekun vurdu və ölkəmizi dünya arenasında ən layiqli şəkildə təmsil etdi: “Bu uğur federasiya rəhbərliyinin strateji dəstəyinin, məşqçilərimizin fədakar əməyinin və idmançılarımızın yorulmaz əzmkarlığının bariz göstəricisidir. Bizim üçün hər medal zəhmətin, intizamın və professional yanaşmanın nəticəsidir. Qalibiyyət qazanan bütün idmançılarımızı, onların məşqçilərini və bu nailiyyətdə əməyi olan hər kəsi ürəkdən təbrik edirəm. Azərbaycan kikboksinqi yenə dünyada zirvədədir və biz bu uğuru daha da irəli aparmaq üçün çalışmaqda davam edəcəyik”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью