Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü vəfat edib

04.05.2025

Icma.az bildirir, Oxu.az portalına istinadən.

Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü, Əməkdar mədəniyyət işçisi Sabir Vəliyev dünyasını dəyişib.

Oxu.Az xəbər verir ki, 50 ildən artıq C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında çalışmış Sabir Vəliyev uzun sürən xəstəlikdən sonra vəfat edib.

Qeyd edək ki, Sabir Vəliyev "Azərbaycanfilm" studiyasının veteran əməkdaşıdır, uzun müddət studiyanın, Dövlət Film Fondunun baş energetiki işləyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью