Azərbaycan kinosuna 9 milyon manat ayrılır

12.11.2026

Lent az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"2027-ci ilin dövlət büdcəsinin layihəsində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində Kino Agentliyinin və Dövlət Film Fondunun saxlanılması üçün 3,1 milyon manat vəsait proqnozlaşdırılıb”.

Lent.az APA-ya istinadla xəbər verir ki, bunu maliyyə nazirinin müavini Himalay Məmişov Milli Məclisin bu gün keçirilən Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.

O bildirib ki, Azərbaycan kinosunun davamlı inkişafının təmin edilməsi ilə bağlı 9 milyon manat vəsait proqnozlaşdırılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью