Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.
Özbəkistanın Qaşqadərya vilayətində keçirilən “Azərbaycan mədəniyyəti: Ədəbiyyat və sənət həftəsi” çərçivəsində Şəhrisəbz Dövlət Pedaqoji Universitetində ölkəmizin Özbəkistandakı səfirliyi yanında Heydər Əliyev Mədəniyyət Mərkəzinin layihələri əsasında nəşr olunmuş kitabların təqdimat-sərgisi təşkil edilib.
Ekspozisiyada Azərbaycanın qədim tarixini, zəngin mədəniyyətini və ədəbiyyatını, eləcə də görkəmli mütəfəkkirlərimizin həyat və yaradıcılığını əks etdirən kitablar nümayiş olunub. Sərgi Azərbaycan nəşrlərinin Özbəkistanda tanıdılması, tələbələrin ölkəmizin ədəbi-mədəni irsinə marağının artırılması baxımından əhəmiyyət daşıyır. Bu təşəbbüs, həmçinin ali təhsil müəssisələri arasında elmi və mədəni əməkdaşlığın genişlənməsinə, Azərbaycan və Özbəkistan xalqları arasında mövcud olan əbədi dostluq münasibətlərinin möhkəmlənməsinə xidmət edir.
XQ