Azərbaycan klassiklərinin Türkiyədə nəşr edilmiş kitablarının təqdimatı olub AZƏRTAC | Icm…
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı, 29 noyabr, AZƏRTAC AMEA-nın Mərkəzi Elmi Kitabxanasında İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr edilmiş kitablarının təqdimatı olub.
Akademiyadan AZƏRTAC-a bildirilib ki, İzzəddin Həsənoğlunun “Kitab-ı Siretün-nebi” kitabını və Mirzə Ələkbər Sabirin “Hophopnamə”sini Seyfəddin Altaylı çapa hazırlayıb.Təqdimat mərasimində AMEA-nın prezidenti akademik İsa Həbibbəyli bu kitabların tarixi və elmi əhəmiyyətindən danışıb.
Qeyd olunub ki, M.Ə.Sabirin kitabı Türkiyədə 1950-ci illərdə çap edilib.
Seyfəddin Altaylının “Hophopnamə”ni yenidən nəşr etdirməsi “Molla Nəsrəddin” ədəbi məktəbinə böyük hörmətdir.
Avrasiya Yazarlar Birliyinin rəhbəri Ufuk Tuzman çıxışında “Hophopnamə”nin mahiyyətini yüksək qiymətləndirib.
O, Azərbaycana səfəri zamanı Sabirin yurdu Şamaxıda olduğunu da diqqətə çatdırıb.Ufuk Tuzman bildirib ki, Avrasiya Yazarlar Birliyinin 540 kitabı çap olunub, onun da əllisi Azərbaycan ədəbiyyatına aiddir.
Özünün rəhbərlik etdiyi müddətdə isə 40 kitab işıq üzü görüb.
Tam oxu
Xəbəri oxu