Azərbaycan klubları Avropada neçəncidir? İdman və Biz

18.01.2025

Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İFFHS-in bu gün açıqladığı klubların dünya reytinqində yer alan Azərbaycan komandalarının Avropadakı mövqeləri bəlli olub.

İdman.biz xəbər verir ki, cədvəldə yer alan planetin 701 ən yaxşı klubundan 393-ü Avropanı təmsil edir.

Onlardan da 7-si Azərbaycan komandasıdır. Avropa klubları arasında 55-ci olan “Qarabağ” 168,75 xala malikdir. 99,5 xalı olan “Zirə” 125-cidir.

“Sabah” 62,25 xalla 227-ci, “Turan Tovuz” 53,75 xalla 283-cü sıradadır.

“Neftçi” 50 xalla 308-ci, “Sumqayıt” 48 xalla 330-cü, “Araz-Naxçıvan” 43,75 xalla 371-cidir.

Qeyd edək ki, dünya sıralamasında “Qarabağ” 81-ci, “Zirə” 208-ci, “Sabah” 400-cü, “Turan Tovuz” 494-cü, “Neftçi” 537-ci, “Sumqayıt” 567-ci, “Araz-Naxçıvan” 648-cidir.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью