Azərbaycan klubları Avropada transfer artımında lider olub

30.01.2026

Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ötən il Avropada futbolçu transferləri üzrə 2024-cü illə müqayisədə ən sürətli artım tempi Azərbaycanda qeydə alınıb.

İdman.Biz xəbər verir ki, bu məlumat FIFA-nın açıqladığı hesabatda yer alıb.

2025-ci ildə Azərbaycan klubları ümumilikdə 162 oyunçu transfer edib.

Digər konfederasiyalar üzrə ən yüksək artım göstəricisi Cənubi Amerika Futbol Konfederasiyasında (CONMEBOL) Braziliyanın, Şimali və Mərkəzi Amerika və Karib Hövzəsi Futbol Konfederasiyasında (CONCACAF) Meksikanın, Afrika Futbol Konfederasiyasında (CAF) Liviyanın, Asiya Futbol Konfederasiyasında (AFC) isə Qırğızıstanın payına düşüb.

Qeyd edək ki, 2025-ci il üzrə transferlərin sayı və maliyyə dövriyyəsi əks olunan hesabatda Azərbaycan 58-ci pillədə qərarlaşıb.

İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью