Azərbaycan klubları UEFA dan nə qədər gəlir əldə edib?

07.03.2025

Icma.az, Axar.az portalına istinadən məlumat yayır.

Azərbaycan klublarının 2023/2024-cü illər mövsümündə UEFA-dan əldə etdiyi gəlir bəlli olub.

Axar.az xəbər verir ki, Avropa futbol qurumu ötən mövsüm komandalarımıza ümumilikdə 12 milyon avro ödəyib. Azərbaycan bu göstərici ilə Avropada 24-cü olub.

Qeyd edək ki, avrokuboklardakı çıxış və digər layihələrlə əlaqədar UEFA tərəfindən ayrılan maliyyə vəsaitləri AFFA-nın vasitəsilə müvafiq klubların hesabına köçürülüb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью