Azərbaycan klublarından tarixi nəticə Məhsuldarlıq göz oxşayır

17.07.2026

Fanat portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanın avrokubokdakı təmsilçiləri ölkə futbolu tarixinin ən yaxşı nəticəsinə imza atıblar.

Fanat.Az-ın məlumatına görə, "Avropa səyyahlar"ı cari mövsümün ilk 6 oyununu maksimum nəticə ilə başa vurublar ki, bu da ilk belə nəticədir.

UEFA Çempionlar Liqasında “Sabah” TNS-i (Uels) evdə 2:0, səfərdə 2:1 hesabı ilə yenibsə, UEFA Avropa Liqasında “Qarabağ” “Vestri”ni (İslandiya) hər iki matçda 3 cavabsız qolla üstəlıyib. "Zirə" də UEFA Konfrans Liqasındakı rəqibi “Torpedo”ya  (Kutaisi, Gürcüstan) eyni aqibəti yaşadıb. "Qartallar" Sumqayıtdakı görüşdə olduğu kimi, İslandiyada da qapını toxunulmaz saxlayaraq 3 dəfə fərqləniblər.

Azərbaycan klublarının cəmi 1 qol buraxması da özlüyündə maraqlı məqamdır. Rəqiblərini 16 dəfə cəzalandıran təmsilçilərimiz qitəmiqyaslı turnirlərdə yüksək məhsuldarlıqla diqqət çəkir.

Toğrul

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью