Azərbaycan klublarından təklif aldığını açıqladı, Qazaxıstanı seçdi FOTO

24.01.2025

Icma.az, Sportal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Zirə"nin sabiq müdafiəçisi Nemanya Ancelkoviç özünə yeni komanda tapıb.

Sportal.az xəbər verir ki, serbiyalı futbolçu "Aktobe" ilə anlaşıb.

Halbuki Ancelkoviç "Ximki"dən ayrıldıqdan sonra Azərbaycan klublarından təklif aldığını və ölkəmizə qayıda biləcəyini iddia edirdi.

27 yaşlı müdafiəçi 2025-ci il dekabrın 31-nə qədər "Aktobe"də oynayacaq.

Nemanya 2021-2023-cü illərdə "Zirə"də çıxış edib.

saytlarin hazirlanmasi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью