Azərbaycan klublarından yeni rekord

14.10.2026

Apasport portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan klubları avrokubokların 2026/2027 mövsümündə 14-cü qələbəsini qazanıb.

Apasport.az xəbər verir ki, Peşəkar Futbol Liqası məlumat yayıb.

Bu, UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turuna təsadüf edib. "Sabah" öz meydanında Çexiya "Slaviya"sına 2 cavabsız qolla qalib gəlib.

Bu, Azərbaycan təmsilçilərinin cari mövsümdə ümumilikdə 14-cü avrokubok qələbəsi olub. Bununla da ölkəmiz tarixinin yeni rekorduna imza atıb.

Bunadək ən yüksək göstərici 13-ə bərabər idi. 2023/2024 mövsümündə komandalarımız ümumilikdə 13 dəfə qələbəyə sevinmişdi. Cari mövsümdə "Sabah" 7, "Qarabağ" 4, "Zirə" 2, "Neftçi" 1 dəfə meydandan qalib ayrılıb.

Bu qələbə UEFA reytinqinə də təsir edib. Azərbaycanın cari mövsümdəki əmsalı 5,625-ə, son 5 mövsümün nəticələrinə görə hesablanan reytinq xalları isə 24,187-yə yüksəlib. Bu, 24,125 xala malik İsraili keçmək üçün yetərli olub.

Bir pillə irəliləyən Azərbaycan hazırda UEFA reytinqində 24-cü sırada qərarlaşıb.

Çempionlar Liqası: “Sabah”dan tarixi qələbə - YENİLƏNİB Asim Xudiyev UEFA Region Kubokunun oyunlarına təyinat alıb GL: “Sabah” məğlub oldu - YENİLƏNİB Qəzənfər Abbasov: “Buna imkan verməməliyik” Aslan Kərimov: “Komandaların potensialı eynidir”
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью