Azərbaycan klublarının dünya reytinqi

11.05.2025

Icma.az bildirir, Qol.az saytına əsaslanaraq.

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) aprel ayı üzrə dünya klublarının reytinq cədvəlini açıqlayıb.

QOL.az xəbər verir ki, siyahıda 501 klub yer alıb. Onların arasında Azərbaycanın 4 təmsilçisi var.

"Qarabağ" əvvəlki reytinqə nisbətdə 10 pillə irəliləyib. Qurban Qurbanovun komandası 143,5 xalla 114-cüdür.

“Zirə” 220-ci yerdən 233-cu sıraya (94,75 xal) düşüb. 

26 mövqe irəliləyən "Sabah" (68.5 xal) 367-ci yerdədir.

"Araz-Naxçıvan" (58,75 xal) isə 492-ci yerdən 454-cü sıraya qalxıb.

Qeyd edək ki, cədvələ 490 xalla "Real" liderlik edir. “Barselona” 434 xalla 2-ci,  "İnter" 390 xalla 3-cüdür.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью