Azərbaycan klublarının mövqeyi məlum oldu Dünya reytinqi

12.07.2025

Qol.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.

QOL.az xəbər verir ki, cədvəldə 501 klub yer alıb. Onların arasında 4 Azərbaycan təmsilçisi var.

Aktivində 137.25 xal olan "Qarabağ" 12 pillə geriləyib. Ağdam təmsilçisi 119-cu pillədən 131-ci yerə düşüb. 

"Zirə" 95,75 xalla mövqeyini qoruyub - 232-ci yer.

“Sabah” 76 xalla 317-ci sıradan 313-cü yerə yüksəlib.

“Araz-Naxçıvan” da (61.25 xal) irəliləyiş nümayiş etdirərək, 446-cı pillədən 439-cu yerə qalxıb.

Siyahıya 480 xalla İspaniya "Real"ı liderlik edir. "İnter" (İtaliya) 469 xalla 2-ci, PSJ (Fransa) isə 462 xalla 3-cüdür.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью