Azərbaycan klubu 2 futbolçu ilə yollarını ayırıb

31.01.2025

Yeniazerbaycan portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Sumqayıt” klubu futbolçular Kristian Velinovski və Nikola Vuynoviç ilə yollarını ayırıb.

“Gənclik şəhəri” təmsilçisinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, hər iki legionerin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, K.Velinovski 2023-cü ildə, N.Vuynoviç isə ötən ilin yayında transfer edilmişdi.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью