Azərbaycan klubu 4 legioner voleybolçu transfer edib

18.08.2026

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 18 avqust, AZƏRTAC

Qadınlardan ibarət UNEC komandası heyətini 4 legioner voleybolçu ilə gücləndirib.

Bu barədə AZƏRTAC-a klubun prezidenti Vüqar Məmmədov məlumat verib.

Onun sözlərinə görə, yeni transfer olunan oyunçular Avstriya, Venesuela, Serbiya və Xorvatiyanı təmsil edirlər.

Aida Korman (Avstriya) və Aniça Popadiç (Serbiya) blokçu, Belisario Maylin (Venesuela) və Marsella Saini (Xorvatiya) isə hücumçu mövqeyində çıxış edirlər.

Popadiç son mövsümü ölkəsiin “Srvena Zvezda” klubunda keçirib.

Müxbir – Cavid Əliyev

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью