Azərbaycan klubu amerikalı voleybolçu transfer edib AZƏRTAC

04.01.2025

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 4 yanvar, AZƏRTAC

“Gəncə” komandası heyətini yeni voleybolçu ilə gücləndirib.

Klubdan AZƏRTAC-a verilən məlumata görə, "sarı-göylər" ABŞ-dan olan oyunçu Aayinde Smiti transfer edib.

Onunla mövsümün sonunadək müqavilə imzalanıb.

İlk dəfə legioner həyatı yaşayacaq voleybolçu son olaraq ölkəsində “Ball State University” komandasında çıxış edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью