Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Qadın həndbolçulardan ibarət “Kür” komandası bu gün EHF Avropa Kubokunda növbəti matçını keçirəcək.
Futbolpress.az xəbər verir ki, Mingəçevir təmsilçisi doğma meydanda Kiprin APOEL klubu ilə qarşılaşacaq.
“Kür” Olimpiya Tədris-İdman Mərkəzində reallaşacaq duel saat 17:00-da start götürəcək. Komandalar arasındakı növbəti oyun oktyabrın 11-də baş tutacaq.