Azərbaycan klubu avrokubokda məğlub oldu

13.11.2026

Icma.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.

Azərbaycanın qadın həndbolçulardan ibarət “Kür” klubu EHF Avropa Kubokunun üçüncü mərhələsində ilk sınağına çıxıb.

Futbolpress.az xəbər verir ki, Mingəçevir Olimpiya Tədris-İdman Mərkəzində Şimali Makedoniyanın “Çair” komandasını qəbul edən təmsilçimiz gərgin mübarizə şəraitində keçən matçda rəqibinə 24:27 hesabı ilə məğlub olub.

Komandalar arasındakı cavab qarşılaşması noyabrın 15-də yenə Mingəçevirdə, saat 17:00-da keçiriləcək. Xatırladaq ki, “Kür” ikinci mərhələdə Kiprin APOEL klubunu hər iki görüşdə (40:18 və 39:13) darmadağın edərək növbəti mərhələyə yüksəlmişdi.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью