Azərbaycan klubu Avropa Kubokunda ilk matçına çıxır

16.10.2025

Fanat saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bu gün daha bir Azərbaycan təmsilçisi basketbol üzrə Avropa Kubokunun qrup mərhələsində mübarizəyə başlayacaq.

Fanat.Az xəbər verir ki, I qrupunda yer alan “Abşeron Lions” ilk oyununu keçirəcək.

I təsnifat mərhələsini adlayaraq tarixində ilk dəfə qrupa vəsiqə əldə edən "Abşeron Lions" evdə Estoniyanın “Kalev" komandası ilə qarşılaşacaq.

Bakı İdman Sarayında baş tutacaq görüş saat 19:00-da başlayacaq.

"Ağ-qaralar" Avropa Kubokunda bu heyətlə mübarizə aparır: Ceyms Freyzer, Obri Makalpin, İsmayıl Abdullayev, Deondre Cekson, Jalen Şou, Nicat Məmmədli, Azər İbrahimov, Qedimians Orelik, Rüstəm Əliyev, Arinze Çidom, Deşon Eykens, Sadettin Donat, Tamerlan Novruzlu.

Qeyd edək ki, "Abşeron Lions"un yer aldığı I qrupundakı digər təmsilçimiz "Neftçi" dünən səfərdə Polşa "Trefl"inə məğlub olub - 63:92.

FİBA Avropa Kuboku
İ qrupu
16 oktyabr

19:00. Abşeron Lions (Azərbaycan) – Kalev (Estoniya)
Bakı İdman Sarayı.

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью