Azərbaycan klubu Bakıda Qazaxıstan təmsilçisi ilə yoxlama oyunu keçirib | Icma.az
Report.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycanın qadın həndbolçularından ibarət "Azəryol" komandası Bakıda təlim-məşq toplanışı keçirən Qazaxıstanın "Astana" kollektivi ilə qarşılaşıb.
"Report" xəbər verir ki, yoxlama oyunu təmsilçimizin 40:22 hesablı qələbəsi ilə yekunlaşıb.
Təlim-məşq toplanışında "Astana"nın 2008-ci il və aşağı yaş qrupları üzrə oğlan və qızlardan ibarət komandaları, həmçinin qadınlardan ibarət həndbolçuları iştirak edir.
“AHF Arena” İdman Kompleksində təşkil olunan hazırlıq prosesinə dekabrın 9-da yekun vurulacaq.
Qeyd edək ki, daha əvvəl Qazaxıstanın "Turan" kollektivi Bakıda hazırlıq prosesi keçmişdi.
Bizim WhatsApp kanalımıza abunə olun Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Tam oxu
Xəbəri oxu