Azərbaycan klubu baş məşqçi ilə müqavilənin müddətini uzadıb

07.05.2026

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 7 may, AZƏRTAC

“Abşeron Lions” basketbol komandası baş məşqçisi Erhan Tokerlə başa çatan müqavilənin müddətini uzadıb.

AZƏRTAC-ın əldə etdiyi məlumata görə, türkiyəli mütəxəssislə yaxın zamanda yeni sözləşmə imzalanacaq.

Həmçinin müqaviləsinin müddəti uzadılan ABŞ-li basketbolçu Ceyms Freyzer də növbəti mövsüm komandada qalacaq. Digər legionerlər isə ötən gün öz ölkələrinə geri dönüblər. Klub rəhbərliyi həmin basketbolçuların bir neçəsi ilə müqaviləni yeniləməyi planlaşdırır.

“Abşeron Lions” Erhan Tokerin rəhbərliyi altında başa çatan mövsümdə ikinci olub. Komanda final seriyasının hər üç oyununda “Sabah”a məğlub olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью