futbolpress-az saytına istinadən Icma.az xəbər verir.
Azərbaycanın “LANDAU Lions” basketbol komandası bu gün FIBA Avropa Kubokunda növbəti oyuna çıxacaq.
Futbolpress.az xəbər verir ki, sözügedən komanda Portuqaliyanın “Benfika” kollektivi ilə üz-üzə gələcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
“LANDAU Lions” IV turda Türkiyənin “Denizli Basket” kollektivinə qalib gəlib – 94:86.