Azərbaycan klubu bütün legioner voleybolçuları ilə vidalaşıb

12.06.2026

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 12 iyun, AZƏRTAC

Qadın voleybolçulardan ibarət UNEC komandası bütün legionerləri ilə vidalaşıb.

Bu barədə AZƏRTAC-a klubun prezidenti Vüqar Məmmədov məlumat verib.

O, ukraynalı Sofiya Vidiyeniyeva, bolqarıstanlı Andrea Tsvetanova, belaruslu Vera Klimoviç, amerikalılar - Lauren Klark, Anna Kalkanyo və Melodi Peyc ilə yolları ayırdıqlarını bildirib.

Qeyd edək ki, komanda daha əvvəl Azərbaycan millisinin üzvü Marqarita Stepanenko ilə vidalaşıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью