Azərbaycan klubu Çelenc Kubokunda mərhələ adladı

21.11.2025

futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycanın kişi voleybolçulardan ibarət “Xilasedici” komandası bu gün Çelenc Kubokunda 1/32 final mərhələsinin cavab görüşünə çıxıb.

Futbolpress.az xəbər verir ki, FHN-in idman zalında Rumıniyanın “Styaua” klubu ilə üz-üzə gələn Bakı təmsilçisi 3:1 hesablı qələbə qazanıb.

İlk matçı rəqib komanda 3:0 hesabı ilə üstün başa vurduğundan qalibi müəyyənləşdirmək üçün “qızıl set”ə ehtiyac duyulub. Həlledici seti 15:13 hesabı ilə xeyrinə başa vuran “Xilasedici” 1/16 finala yüksəlib.

Qeyd edək ki, Azərbaycan təmsilçisi növbəti mərhələdə Belçikanın “Lindemans” klubu ilə qarşılaşacaq. İlk oyun 2026-cı il yanvar 7-də səfərdə keçiriləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью